Sükan arxasında diqqətsizlik sürücünü arzulamadığı ünvana apara bilər - DYP

11:09 - 27 Oktyabr 2023 - AVTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib.

Ucnoqta.az xəbər verir ki, müraciətdə bildirilib ki, DYP son vaxtlar qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan​ arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə meyl etmələri səbəbindən baş verir.

Müraciətində qeyd edilib ki, sükan arxasında ani bir diqqətsizlik isə sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər.

Qurum bununla bağlı videoçarx hazırlayıb.

Xəbər xətti