Dönərdən zəhərlənən şagirdlər evə buraxılıb Yenilənib

13:06 - 27 Oktyabr 2023 - Cəmiyyət

Bakıda dönərdən zəhərlənən şagirdlər evə buraxılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 24-25-də dönərdən zəhərlənmə səbəbilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 20 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Oktyabrın 27-də müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.

10:14

Bakıda dönərdən zəhərlənən məktəblilərin son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Ucnoqta.az-a verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

Xəbər xətti