Çindən elektromobil istehsalına yeni zərbə

16:58 - 20 Oktyabr 2023 - AVTO

Çin Ticarət Nazirliyi dekabrın 1-dən etibarən elektrik avtomobilləri üçün akkumulyatorların istehsalı üçün zəruri olan qrafitin ixracına məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin saytında bildirilir.

Bu qərarın səbəbi qlobal təchizat zəncirinin təhlükəsizliyini və sabitliyini təmin etmək, eləcə də milli təhlükəsizlik və maraqları daha yaxşı qorumaq zərurətidir.

Bundan əvvəl Pekin artıq qrafit ixracına müəyyən məhdudiyyətlər qoymuşdu, lakin o qədər də ciddi deyildi. Həmçinin iyul ayında o, yarımkeçiricilərin və digər yüksək texnologiyalı məhsulların istehsalında istifadə olunan qalium və germaniumun ixracını məhdudlaşdırıb.

Ekspertlərin fikrincə, Çin bu cür hərəkətlərin köməyi ilə ABŞ-ın yüksək texnologiyalı məhsulların ixracına məhdudiyyətlər qoymaq istəyinə cavab verir. Xüsusilə Vaşinqton Çin şirkətlərinin çiplərə və texnologiyalara çıxışını sərtləşdirməyə hazırdır.

Çinin qrafit istehsalı qlobal sənayenin açarıdır, çünki bazarın 90 faizini təşkil edir. Mineralın ən böyük idxalçıları Yaponiya, ABŞ, Hindistan və Cənubi Koreyadır. 

Xəbər xətti