“Narkotikə görə tutmaq yox, islah etmək lazımdır”

13:50 - 20 Oktyabr 2023 - Xəbər

“Narkotik vasitələrə qarşı mübarizənin effektli aparılması üçün ictimaiyyəti bu prosesə lazımi səviyyədə cəlb edə bilmirik”.

Bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin iclasında bildirib.

O qeyd edib ki, bunun üçün effektli nəticələrimiz yoxdur: “Məhkəmədə baxılan işlərin 50 faizdən çoxu narkotik xarakterli cinayətlərlə bağlıdır. Həbs cəzası çəkən insanların xeyli hissəsi bu motivli cinayətlərə görə həbsdədir. Ona görə də məhkəməyə imkan verməliyik ki, bu adamları azadlıqdan məhrum etmək yerinə, onların müalicə alınmasına daha çox inzibati məsuliyyətə cəlb olunaraq islah olunması üçün müəyyən şərait yaradılsın”.///qafqazinfo

Xəbər xətti