Tesla və SpaceX-in, eləcə də X sosial şəbəkəsinin sahibi İlon Mask bir gündə 16,1 milyard dollar itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Şirkətin səhmləri rüblük hesabatın dərcindən sonra aşağı mənfəət və satışlar səbəbindən 9,3% ucuzlaşıb.
Bloomberg qeyd edir ki, maliyyə itkilərinə baxmayaraq, Maskın sərvəti 2023-cü ildə 72,6 milyard dollar artıb və hazırda 210 milyard dollar dəyərindədir.
Sahibkar dünyanın ən varlı adamı olaraq qalır. O, reytinqdə ikinci yeri tutan fransalı milyarder, LVMH şirkətlər qrupunun sahibi Bernard Arnaultdan 55 milyard dollar zəngindir.