Baydenin iti Ağ Evi tərk edir

08:12 - 5 Oktyabr 2023 - MARAQLI

Prezident Baydenin iti aqressiv davranışına görə Ağ Evi tərk etdi

Ucnoqta.az xəbər verir ki, Fox News kanalının məlumatına görə, ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil "Komander" adlı alman cinsindən olan iti işçilərə qarşı aqressiv davranışlarına görə Ağ Evdə saxlamamaq qərarına gəlib.

İt artıq Amerika liderinin iş iqamətgahının ərazisini tərk edib. Əvvəllər bildirilmişdi ki, 2021-ci ilin dekabrında peyda olandan bəri "komander" ABŞ Məxfi Xidmətinin əməkdaşlarına ən azı 11 dəfə hücum edib.

Cill Baydenin mətbuat katibi Elizabeth Alexander bildirib ki, Ağ Ev işçilərinin və onların müdafiəçilərinin təhlükəsizliyi prezident və birinci xanım üçün prioritet məsələdir.

Bu, Bayden ailəsinə məxsus ikinci itdir ki, oxşar səbəbdən Ağ Evi tərk edir.

Xəbər xətti