İlham Əliyev Maldivin yeni seçilmiş dövlət başçısını təbrik edib

17:07 - 4 Oktyabr 2023 - Xəbər

Prezident İlham Əliyev Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Məhəmməd Muizzuya təbrik ünvanlayıb.

Ucnoqta.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Muizzu,

Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Maldiv dostluq əlaqələri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

Xəbər xətti