Ronaldoya qarşı yeni İTTİHAM

11:51 - 4 Oktyabr 2023 - Xəbər

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldoya qarşı seksual xarakterli zorakılıq ittihamı ilə iddia qaldırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky Sports telekanalı məlumat yayıb.

2018-ci ildə ABŞ vətəndaşı Ketrin Mayorqa əvvəllər Ronaldonun Las-Veqasda (ABŞ Nevada ştatı) ona təcavüz etdiyini bildirmişdi. Onun sözlərinə görə, hadisə 2009-cu ildə baş verib, sonra futbolçu susması üçün ona 375 min dollar verib. Ronaldo ona qarşı irəli sürülən ittihamları rədd edib. Keçən iyun ayında bu işdə portuqaliyalıya qarşı açılan iddia ABŞ-ın bir dairə hakimi tərəfindən oğurlanmış məxfi sənədlərdən istifadə edildiyinə görə rədd edildi.

Mayorqanın vəkilləri indi ABŞ Dairə Apellyasiya Məhkəməsindən işin rədd edilməsini ləğv etməyi və müvəkkilinin 2018-ci ildə Nevada ştatında ilk dəfə qaldırdığı mülki iddianı bərpa etməyi xahiş etməyi planlaşdırır.

Xəbər xətti