Qəzənfər Paşayevin səhhəti pisləşdi: "Yataqdayam, müalicə alıram"

11:46 - 4 Oktyabr 2023 - Cəmiyyət

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin səhhətində problem yaranıb.

O, Bakupost.az-a açıqlamasında bildirib ki, havaların dəyişməsi ilə əlaqədar halı pisləşib, təzyiqi düşüb.

Q.Paşayev evdə müalicə olunduğunu deyib:

“Təzyiqim düşüb, evdən çıxa bilmirəm. Yataqdayam, müalicə alıram. Vəziyyətim həkimlik deyil, çox ağrımıram. Bir neçə gün əvvəl həkimlik oldu, getdim, həll olundu. Havaların dəyişməsi ilə əlaqədar ola bilər”.

 

Xəbər xətti