Los-Ancelesin erməni icması magistral yolu bağladı

11:23 - 10 Avqust 2023 - Xəbər

Los-Ancelesin erməni icması magistral yolu bağlayıb

Ucnoqta.az xəbər verir ki, bir qrup etirazçı Qarabağda yaşayan ermənilərə dəstək məqsədilə aksiya keçirib. Aksiyada məqsəd guya Qarabağ ermənilərinin humanitar fəlakətlə üz-üzə qaldıqlarını iddia edirlər.

Qeyd edək ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə yalan informasiya yayır. Qarabağda yaşayan ermənilərin blokada şəraitində yaşadığını iddia etsə də, BQXK vasitəsilə Laçın sərhəd keçid məntəqəsindən ermənilər sərbəst hərəkət edirlər.

Xəbər xətti