Dəmir yollarından istifadə edənlərin NƏZƏRİNƏ: Bəzi reyslər ləğv edildi

18:46 - 9 Avqust 2023 - Cəmiyyət

Bakı-Pirşağı-Sumqayıt dəmir yolu marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilir.

Bu barədə Ucnoqta.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması üçün hər gün günorta saatlarında texniki fasilənin götürülməsi məqsədilə avqustun 14-dən etibarən Bakıdan 13:30-da yola düşən qatar, Sumqayıtdan isə 14:30-da yola düşən qatar reysi ləğv edilir.

Xəbər xətti