Sovet və rus aktrisası, SSRİ Xalq artisti Vera Vasilyeva 97 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a aktrisası Vasilyeva olan Moskva Akademik Satira Teatrından məlumat verilib.
Onunla vidalaşma yeri və tarixi barədə məlumat veriləcək.
Vera Vasilyeva SSRİ xalq artistlərinin ən yaşlısı sayılırdı, aktrisa 30 sentyabr 1925-ci ildə anadan olub. 1948-ci ildən Moskva Akademik Satira Teatrında xidmət edib və burada 60-dan çox rol oynayıb.