Bu universitetə yeni prorektor təyin olundu - FOTO

09:50 - 9 Avqust 2023 - Xəbər

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə Raqif Tofiq oğlu Hüseynov Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Ucnoqta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yeni prorektor artıq kollektivə təqdim edilib.

Qeyd edək ki, R.Hüseynov 2022-ci ilin avqustundan Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri vəzifəsində işləyib. Ona qədər isə Gəncə şəhər Statistika İdarəsində aparıcı-iqtisadçı, Xəzər Təhsil Mərkəzində direktor, ADAU və ATU-da assistent, Tomori Pal Universitetində (Macarıstan) müəllim vəzifələrində çalışıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İqtisadiyyat fakültəsi məzunu olan Raqif Hüseynov 2016-2020-ci illərdə Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində Sent İstvan Univeristetində (Macarıstan) doktorantura təhsili alaraq fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.


Xəbər xətti