Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinə yekun vurulacaq.
Məlumata görə, yalnız Azərbaycan yığmasının yer aldığı qrupda son vəsiqənin sahibi bəlli olacaq.
E qrupunda Azərbaycan millisi Slovakiyanın qonağı olacaq. Uels isə Macarıstanı qəbul edəcək. Bu qrupda Slovakiya Azərbaycanı məğlub etməli və digər matçın heç-heçə yekunlaşmasını gözləməlidir. Uels və Macarıstan yığmalarının duelində qalib komanda final mərhələsinə yüksələcək.
C qrupunda Almaniya və Hollandiya, G qrupunda Polşa və Avstriya, I qrupunda isə Belçika və Rusiya final mərhələsinə vəsiqəni təmin edib.
AVRO-2020
Seçmə mərhələ, X tur
19 noyabr
C qrupu
23:45. Almaniya – San Marino
23:45. Niderland – Estoniya
Xal durumu: Almaniya – 18 xal (7 oyuna), Hollandiya – 16 (7), Şimali İrlandiya – 13 (7), Belarus – 4 (8), Estoniya – 1 (7).
E qrupu
23:44. Slovakiya – Azərbaycan
23:44. Uels – Macarıstan
Xal durumu: Xorvatiya – 17 xal (8 oyuna), Macarıstan – 12 (7), Uels – 11 (7), Slovakiya – 10 (7), Azərbaycan – 1 (7).
G qrupu
23:45. Şimali Makedoniya – İsrail
23:45. Latviya – Avstriya
23:45. Polşa – Sloveniya
Xal durumu: Polşa – 22 xal (9 oyuna), Avstriya – 19 (9), Sloveniya – 14 (9), Şimali Makedoniya – 11 (9), İsrail – 11 (9), Latviya – 0 (9).
I qrupu
23:45. Belçika – Kipr
23:45. San Marino – Rusiya
23:44. Şotlandiya – Qazaxıstan
Xal durumu: Belçika – 27 xal (9 oyuna), Rusiya – 24 (9), Şotlandiya – 12 (9), Kipr – 10 (9), Qazaxıstan – 10 (9), San Marino – 0 (9)./report
