Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) respublika ərazisindəki yollarda qarlı hava şəraiti ilə bağlı hazırkı vəziyyəti açıqlayıb.
Ucnoqta.az AAYDA-ya istinadən xəbər verir ki, Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur.
Giləzi – Xızı – Qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
Bakı – Qobustan – Qar yağır, 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağmışdır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
Qobustan – Şamaxı – Muğanlı – Güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub.
Muğanlı – Ağsu – Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
Bakı – Ələt – Hacıqabul – Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Hacıqabul – Ucar – Yevlax -Yolun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax – Gəncə – Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Muğanlı – İsmayıllı Qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı – Oğuz – Qəbələ – Şəki – Qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yolda 7sm qar yağmışdır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır.
Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – Yağıntı yoxdur, yağış və sulu qar yağır. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax – Şəki (Göybulaq) – Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Gəncə-Daşkəsən – Xoşbulaq – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Şəmkir – Gədəbəy – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Masallı – Yardımlı Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Lənkəran – Lerik – Yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Hacıqabul – Bəhramtəpə – Horadiz – Yolun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.
