25
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatları zamanı 19 silahlı şəxs zərərsizləşdirilib.
Ucnoqta.az xəbər verir ki,Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Xidmətinin (ISPR) məlumatına görə, əməliyyatlar Kvetta və Keç rayonlarında keçirilib.
Əməliyyatların “Fitnə əl-Xəvaric” (əvvəllər “Təhrik-i-Taliban Pakistan” kimi tanınırdı) və “Fitnə əl-Hindustan” qruplaşmalarına qarşı həyata keçirildiyi bildirilib.
Toqquşmalar zamanı Pakistanın bir hərbi qulluqçusu həlak olub.
