37
Çilidə güclü yağış və fırtına nəticəsində ölənlərin sayı 13-ə çatıb, 1400-dən çox insan sığınacaqlara yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Milli Fəlakətlərin İdarə Edilməsi Xidmətinin direktoru Alisiya Sebrian mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeddi nəfər hələ də itkin düşüb.
Müvəqqəti sığınacağa ehtiyacı olan çilililərin sayı 1412-yə çatıb. Sebrian bildirib ki, 63.005 nəfərin Atakama və Kokimbo bölgələri ilə əlaqəsi kəsilib.
