170
ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranın şübhəli yeni nüvə obyektinə zərbə endirmək niyyətində olduğunu açıqladı.
Ucnoqta.az xəbər verir ki, Amerika lideri Ağ Evdə Livan prezidenti Cozef Aun ilə görüş zamanı bildirib.
“Biz mütləq hücum edəcəyik. Onlar yeni obyektdən danışırlar. Onlar obyekti yenidən yaratmağa çalışa bilərlər. Biz həmin obyektə zərbə endirəcəyik. Nüvə haqqında düşündükləri hər hansı bir yerə biz çox sərt zərbə endirəcəyik”, – deyə Amerika lideri vurğulayıb.
