91
Sabah rayonlarda pensiyalar ödəniləcək.
Ucnoqta.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının 22-də respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Xatrıladaq ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda pensiyalar iyulun 14-də həyata keçirilib.
