Avropa Komissiyası Çin bazarı AliExpress-i təhlükəli və ya saxta malların ticarətinin qarşısını effektiv şəkildə ala bilmədiyinə görə 550 milyon avro cərimələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.
Bildirilib ki, Avropa Komissiyası AliExpress şirkətini Aİ Rəqəmsal Xidmətlər Qanununa əsasən təhlükəsiz və ya saxta malların ticarətinin qarşısını effektiv şəkildə ala bilmədiyinə görə 550 milyon avro cərimələyib.
Avropa Komissiyasının məlumatına görə, AliExpress-in məhsul nəzarət sistemi işləmir və şirkət saxta malların ticarətini azalda bilməyib.
Avropa Komissiyası altı ay ərzində AliExpress-in iş təcrübələrinin yeni qiymətləndirilməsini aparacaq. Problemlərin həll edilməməsi əlavə cərimələrlə nəticələnə bilər.
