55
Oman sahillərində gəmi yanır
Ucnoqta.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) tərəfindən yayımlanan yeniləmədə bildirilib.
Gəmidə baş verən yanğına mərmi səbəb olduğu aşkar edilib. Yanğın Omanın Qumzar şəhərindən 8 dəniz mili şimal-qərbdə baş verib.
Heyət təhlükəsiz şəkildə gəmini tərk edib.
Gəminin növü və heyət üzvlərinin sayı dəqiqləşdirilməyib.
