Çərşənbə, İyul 29 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
Aİ Gürcüstana vizasız səyahəti dayandırdı

Bank “BTB” bağlanır

Küləkli hava ilə bağlı sarı
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRİQTİSADİYYATBank “BTB” bağlanır

Bank “BTB” bağlanır

tərəfindən redaktor 06.03.2026 / 15:19
06.03.2026 / 15:19
5

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

"Qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcəkdir.

Bu çərçivədə, Bank “BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaqdır. Həmçinin, Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcəkdir. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və Bank “BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaqdır.

Beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.

Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir", – açıqlamada deyilir.

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Aİ Gürcüstana vizasız səyahəti dayandırdı
Sonrakı yazı
Küləkli hava ilə bağlı sarı

Digər yazılar

Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor üçün yeni güzəşt

28.07.2026 / 14:12

Neftin qiyməti 86 dollardan aşağı düşdü

28.07.2026 / 11:27

DSMF pensiya və müavinətlə bağlı məlumat yaydı

28.07.2026 / 10:45

Azərbaycan nefti ucuzlaşıb

28.07.2026 / 09:55

Avro və rubl ucuzlaşıb – dollar isə…

28.07.2026 / 09:12

Xəzər Boru Kəməri Konsorsiumu neft yükləməsini bərpa edib

27.07.2026 / 16:44

Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? – AÇIQLAMA

27.07.2026 / 10:42

Azərbaycanda bu valyutalar bahalaşdı

27.07.2026 / 09:21

Binance Azərbaycanda ABŞ dolları ilə ödəniş və köçürmələri asanlaşdırdı

24.07.2026 / 18:04

XƏBƏR LENTİ

  • Zelenski Trampdan 300 Patriot raketi istəyib

    29.07.2026 / 16:12
  • Kütləvi zəhərlənmənin olduğu kafe bağlandı

    29.07.2026 / 15:58
  • “Qarabağ” Bolqarıstana getdi

    29.07.2026 / 15:51
  • Sabah bu ərazilərdə qaz olmayacaq

    29.07.2026 / 15:47
  • Tanınmış cərraha hökm oxundu

    29.07.2026 / 15:20
  • Dənizdə batan 4 nəfər axtarılır

    29.07.2026 / 15:01
  • Baş Prokurorluq Tsarukyandan 290 milyon dollar tələb edir

    29.07.2026 / 14:55
  • Zelenskinin təyyarəsi Vaşinqtona uçarkən İrlandiyada dayandı

    29.07.2026 / 14:52
  • Nyu-Yorkda epidemiyadan ölənlərin sayı altıya çatıb

    29.07.2026 / 14:48
  • Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI

    29.07.2026 / 14:37
  • Kəşmirdə baş verən qarşıdurmalarda ən azı 20 nəfər həlak olub

    29.07.2026 / 14:24
  • Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

    29.07.2026 / 14:17
  • Bəzi rayonlarda leysan olacaq, dolu düşəcək

    29.07.2026 / 13:58
  • İsrail Qəzzada məscidin içərisindəki silah anbarına zərbə endirib

    29.07.2026 / 13:39
  • Göygöldə “Niva” dərəyə aşdı – 3 nəfər xəsarət aldı

    29.07.2026 / 13:27
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor üçün yeni güzəşt

28.07.2026 / 14:12

Neftin qiyməti 86 dollardan aşağı düşdü

28.07.2026 / 11:27

DSMF pensiya və müavinətlə bağlı məlumat yaydı

28.07.2026 / 10:45

Azərbaycan nefti ucuzlaşıb

28.07.2026 / 09:55

Avro və rubl ucuzlaşıb – dollar isə…

28.07.2026 / 09:12