Cümə axşamı, İyul 23 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
Polşa Belarusla iki sərhəd keçid məntəqəsini açacaq

Azərbaycan Rusiyaya

Nikah və boşanmaların sayı azalıb
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRSİYASƏTAzərbaycan Rusiyaya

Azərbaycan Rusiyaya

tərəfindən redaktor 14.11.2025 / 15:54
14.11.2025 / 15:54
4

14 noyabr 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkiv şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib.

Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib.

2025-ci il avqustun 28-də isə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, Səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.

Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulduğu xatırlanıb.

Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb.

Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.

Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Polşa Belarusla iki sərhəd keçid məntəqəsini açacaq
Sonrakı yazı
Nikah və boşanmaların sayı azalıb

Digər yazılar

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23.07.2026 / 19:17

İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik edib

23.07.2026 / 11:10

ABŞ üçtərəfli dialoqu dəstəkləyir – Rubio

22.07.2026 / 14:35

Rusiya ABŞ-da keçiriləcək G20 sammitində yüksək səviyyədə təmsil olunacaq – Peskov

22.07.2026 / 14:07

İlham Əliyevlə Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər (YENİLƏNİB)

21.07.2026 / 22:48

Prezidentin Almaniya səfəri ilə bağlı videoçarx paylaşılıb

21.07.2026 / 20:38

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər – İlham Əliyev

21.07.2026 / 16:18

Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

21.07.2026 / 16:08

Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü – FOTO

21.07.2026 / 13:04

XƏBƏR LENTİ

  • Cəbrayılda traktorçu minaya düşdü

    23.07.2026 / 21:05
  • Xankəndidə yanğın olub, xəsarət alanlar var

    23.07.2026 / 20:31
  • Fedorov yalnız bir vəzifəni qəbul edə biləcəyini deyib

    23.07.2026 / 19:52
  • 31 yaşlı kişi küçədə öldü

    23.07.2026 / 19:49
  • Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

    23.07.2026 / 19:17
  • Bakının iki rayonunda qaz olmayacaq

    23.07.2026 / 18:49
  • 23 yolda tıxac var – Siyahı

    23.07.2026 / 18:10
  • Sabah çimərliklərdə hava necə olacaq?

    23.07.2026 / 17:40
  • “Ərə getmədən ana olmaq istəyirəm”

    23.07.2026 / 17:27
  • Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək

    23.07.2026 / 17:11
  • “Arzum” yenidən həbs oluna bilər

    23.07.2026 / 17:04
  • Tramp İranı husi hücumlarına görə zərbələrlə hədələdi

    23.07.2026 / 16:54
  • Beyləqandakı silahlı insidentlə bağlı məhkəmə başlayır

    23.07.2026 / 16:44
  • İsrail ordusu Qəzzanı bombaladı

    23.07.2026 / 16:36
  • Qazaxıstan neft hasilatını müvəqqəti olaraq azaltdı

    23.07.2026 / 16:32
Geri Növbəti
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ