3
NATO-nun baş katibi Mark Rutte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla ilk görüşünü keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“NATO-nun baş katibi Mark Rutte cümə günü Floridada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla ilk görüşünü keçirib. Onlar alyansın üzləşdiyi qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər” – açıqlamada bildirilir.
