0
Rusiyanın “Azimut” aviaşirkəti Gürcüstan hökumətindən respublikaya uçuşlar həyata keçirmək üçün icazə alıb, aviaşirkət mayın 19-dan uçuşlara başlamağı planlaşdırır.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi məlumat yayıb.
Moskva-Tbilisi marşrutu üzrə uçuşlar həftədə yeddi reys tezliyi ilə yerinə yetiriləcək, Nəqliyyat Nazirliyi bildirib.
Departamentdən bildirilib ki, Rusiyadan Gürcüstana uçuşlar yerli istehsal olan təyyarələrdə həyata keçiriləcək.
Mayın 15-də Azimut Hava Yolları öz saytında Moskvadan Tbilisiyə aviabiletlərin satışına başlayıb.
