Fevralın 8-də Yaponiya Milli Meteorologiya İdarəsi 20-ci əsrdə Yaponiyada güclü püskürməyə səbəb olan vulkanın oyandığını bildirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə püskürmə Seva kraterində baş verib. Ondan çıxan tüstü təxminən bir kilometr hündürlüyə qalxıb. Lakin Sakuradimiyə bitişik kəndlərdə təxliyə elan edilməyib.
Bundan əlavə, regionda hava nəqliyyatına təsiri barədə hələlik məlumat yoxdur. Vulkanın ərazisində beş ballıq şkala üzrə üçüncü təhlükə səviyyəsi var.
Meteoroloqlar vulkanik aktivliyin uzanması riski barədə xəbərdarlıq edirlər.
Sakuradzema vulkanı böyük Kaqoşima şəhəri yaxınlığındakı körfəzdə bir yarımadada yerləşir. Dağın hündürlüyü təqribən 1100 m-dir. Vulkan ötən il iyul və dekabr aylarında püskürüb.
