0
Silahlılardan birinin ayağı amputasiya edilib
Ucnoqta.az cakiber.az-a istinadən xəbər verir ki, dekabrın 18-də günorta saatlarında Rusiyanın sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində yerləşən qanunsuz erməni silahlı birləşməsinin bölmələrinin mövqelərindən birində mina partlayıb.
Partlayış nəticəsində qanunsuz birləşmənin iki üzvü ağır yaralanıb. Yaralılar Xocavənddəki xəstəxanaya çatdırılıb.
Samvel adlı dəstə üzvü üzündən çoxsaylı qəlpə yaraları alıb, onun ayağı da amputasiya edilib. Vəziyyəti ağır qiymətləndirilir qanunsuz erməni qruplaşmasının daha bir üzvü baş və diz nahiyəsindən çoxsaylı qəlpə yaraları alıb.
