0
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov vəzifəsindən azad edilib.
Ucnoqta.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən Eldar Orucov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində təyin olunub.
Qeyd edək ki, E.Orucov 2021-ci ilin yanvarından Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdi.
Bundan öncə isə o, Təhsil Nazirliyində, Kapital Bank ASC-də, Express Bank ASC-də şöbə müdiri və audit meneceri vəzifələrində çalıb.
