0
Azərbaycan Hərbi Akademiyasının Hərbi Dənizçilik fakültəsini bitirən leytenantlar 27 sentyabr – 22 oktyabr 2021-ci il tarixlərində Türkiyədə keçirilən Hərbi Dəniz Qüvvələrinin freqatlarında hərbi dəniz təcrübə kursunu başa vurublar.
APA bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.
