akıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb. Bu barədə sosial şəbəkələrdə video görüntü paylaşılıb.
Videodan da göründüyü kimi 106 nömrəli marşrut xəttinin sürücüsü avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib. Həmin görüntülər böyük müzakirələrə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən məsələ ilə bağlı Bakı.vs-ə açıqlamasında hadisənin bu gün 10:40 radələrində qeydə alındığını bildirib:
“Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99RU659 DQN “avtobusun iştirakı ilə yol nəaliyyat hadisəsi qeydə alınıb. Daşıyıcnın verdiyi məlumata görə, yük avtomobili svetaforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsinin avtobusun sürücü yerləşən hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb”.
