0
İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında (MR) keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.
Bu barədə Ucnoqta.az-a Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyindən bildirilib.
"Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək", -məlumatda vurğulanıb.
