0
Azərbaycanda ictimai nəqliyyat iyunun 28-dək həftəsonları işləməyəcək.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək,
13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək,
19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək,
26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
