ÜST: Koronavirusa yoluxanların sayı 7 milyonu keçdi

09:17 - 10 İyun 2020 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 108 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. İyunun 9-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 108 918 nəfər koronavirusa yoluxub, 3 539 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 7 039 918, ölənlərin isə 404 396 nəfərə çatıb.
Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər xətti