Şəkidə 18 yaşlı gənci ilan sancıb

08:40 - 2 İyun 2020 - HADİSƏ

Şəkidə mal-qara otaran 18 yaşlı gənci ilan sancıb.

Ötən gün axşam saat 22:00 radələrində Şəki rayonunun Bideyiz kənd sakini, 2002-ci il təvəllüdlü Cəlal Rafiq oğlu Mustafayev ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı məlum olub ki, C.Mustafayev kəndin yaxınlığında meşəlik ərazidə mal-qara otaran zaman ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən C.Mustafayevə lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.

Onun vəziyyətinin hazırda orta-ağır olduğu bildirilir.///Apa

Xəbər xətti