Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testindən keçəcəklər

Laqodexi sərhəd keçid məntəqəsi vasitəsi ilə Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testi ediləcək.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Kaxetiya departamentinin rəhbəri Neli Xizanişvili bildirib. Onun sözlərinə görə, sərhəd keçid məntəqəsinə gələn bütün yük maşını sürücüləri sürətli koronavirus testindən keçiriləcək. Bildirib ki, testin cavabı təxminən 90 dəqiqə ərzində bilinəcək, cavab mənfi olduqda sürücülər hərəkətə davam edə biləcəklər. Müsbət cavab alınan sürücülər isə xəstəxanaya yerləşdiriləcək. 

Departament rəhbəri qeyd edib ki, Laqodexi gömrük keçid məntəqəsinin dörd işçisi testlərin aparılması ilə bağlı təlim keçiblər və onlar artıq fəaliyyətlərinə başlayıblar.
“Artıq ötən gün sərhəd keçid məntəqəsində 87 nümunə götürülüb və analiz üçün Luqar labaratoriyasına göndərilib. Analizlərin cavabı mənfi olub”,- deyə N. Xizanişvili bildirib.///Apa

Tarix
30 May 2020 [11:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-30 11:24:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin