Maştağada narkotik plantasiyası aşkarlanıb

10:01 - 21 May 2020 - HADİSƏ

Bakıda narkotik alverçiləri saxlanılıb. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsində Məşədi Bağırovun həyətinə baxış keçirib. Əməliyyat zamanı onun həyətindən avrotexniki üsulla yetişdirilmiş ümumi çəkisi 670 qram olan 43 ədəd çətənə kolu aşkar edilib. Həmin gün Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Şahin Əliquliyevdən 0,120 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti