Dünyada koronavirusla bağlı son statistika açıqlanıb

04:00 - 19 May 2020 - DÜNYA

Dünyada yeni koronavirus infeksiyası ilə yoluxan insanların sayı sutkada 93 mindən çox artaraq 4,62 milyona çatıb. Eyni zamanda, koronavirusla əlaqəli ölüm hallarının sayı 4 mindən çox artaraq 311 mini keçib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib. Bildirilib ki, dünyada 4 618 821 yoluxma və 311 847 ölüm halı qeydə alınıb. Sutka ərzində daha 93 324 nəfər yoluxub, 4545 nəfər ölüb. Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 017 811 nəfər. Ölənlərin sayı 2 810 nəfər artaraq 121 609-a çatıb. Avropada 1 890 467 yoluxma və 167 173 ölüm halı aşkarlanıb. 24 saat ərzində yoluxanların sayı 19 922, ölüm hallarının sayı isə 1 222 nəfər artıb. Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Mayın 18-nə olan vəziyyətə görə, orada 338 560 yoluxma faktı aşkarlanıb, 9 979 ölüm halı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 11 992 nəfər artaraq 138 nəfər ölüb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanıb.

Xəbər xətti