Göygöldə 44 yaşlı kişi narkotikdən ölüb

14:08 - 17 May 2020 - HADİSƏ

Göygöl sakini yüksək dozada narkotikin təsirindən ölüb.

1976-cı il təvəllüdlü rayon sakini Abdulayev Rizvan Firuddin oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, R.Abdulayev yüksək dozada narkotikin təsirindən ölüb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.///Apa

Xəbər xətti