Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötüb

03:08 - 16 May 2020 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 4 516 360 nəfərə çatıb. Trend-in məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib. Ölüm hallarının ən çox sayı - təxminən 86,9 mini ABŞ-da, 34 mini - Böyük Britaniyada, 31,6 mini - İtaliyada və 27,5 mini Fransada qeydə alınıb. Bu günə qədər koronavirusla əlaqəli xəstəliklərdən ölənlərin sayı 306 051 nəfərə yüksəlib.

Xəbər xətti