Bu ölkə iyunun 15-dən turistlər üçün sərhədləri açır

08:26 - 15 May 2020 - DÜNYA

İslandiya iyunun 15-dən turistlər üçün sərhədləri açır. Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Katrin Yakobsdouttir deyib. Onun sözlərinə görə, ölkəyə gələnlər üçün ikihəftəlik karantin də ləğv edilir, lakin turistlər ekspress-testdən keçməli olacaqlar. Qeyd edək ki, İslandiyada 1802 nəfər koronavirusa yoluxub, 10 nəfər koronavirusdan ölüb.

Xəbər xətti