Dünyada koronavirusdan ölənlərin sayı 300 mini ötdü

23:06 - 14 May 2020 - DÜNYA

Dünyada COVID-19-a yoluxma nəticəsində ölüm hallarının ümumi sayı 300 783 pasiyent təşkil edir.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Bundan başqa, dünyada pandemiya ərzində 4 488 185 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb. Bu halda 1 688 765 insan xəstəlikdən sağalıb.

Hazırda virusa yoluxmuş 45 844 pasiyent ağır vəziyyətdədir.

Xəbər xətti