Türkiyədə koronavirusdan ölənlərin sayı 2 259 nəfərə çatıb

21:14 - 21 Aprel 2020 - DÜNYA

"Türkiyədə son sutkada daha 119 nəfər pandemiyanın qurbanı olub”.

Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 259 nəfərə çatıb. Nazir həmçinin daha 4 611 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 95 591-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 14 918 nəfərin koronavirusdan sağalar xəstəxanalardan evə buraxıldığını da vurğulayıb. ///report

Xəbər xətti