Göyçayda kişi bacısının evində intihar edib

21:56 - 6 Aprel 2020 - HADİSƏ

Göyçay rayonunda intihar hadisəsi baş verib

Hadisə bu gün axşam saatlarında rayonun Aşağı Qaraməryəm kəndində qeydə alınıb. Laçın rayonundan olan məcburi köçkün, Göyçayın Qaraməryəm kəndində məskunlaşan 1984-cü il təvəllüdlü Allahyarov İbrahim Əvəz oğlu Aşağı Qaraməryəm kəndində yaşayan bacısının evinə gedərək orada özünə qəsd edib. Onun intihar etməsinin səbəbi hələ ki məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.///Apa

Xəbər xətti