Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatdı

19:35 - 2 Mart 2020 - DÜNYA

Fransada koronavirusdan ölənlərin sayı artıb. 

Ölkədə koronavirusa yoluxmuş daha iki nəfər dünyasını dəyişib.

Məlumata görə, ölənlərin hər ikisi yaşlıdır.

Bununla da Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, Fransada koronavirusa yoluxan şəxslərin sayı 150 nəfəri ötüb. Onların arasında La Balme-de-Sillingy şəhərinin meri də var. Artıq Fransa prezidenti Emmanuel Makron xarici səfərlərini təxirə salıb. /report

 

Xəbər xətti