"Liverpul"un qalibiyyət seriyası qırıldı

00:18 - 1 Mart 2020 - İDMAN

Bu gün İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində bir sıra oyunlar keçirilib.

Günün mərkəzi görüşündə "Utford" öz meydanında "Liverpul"u qəbul edib. Oyun ev sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları İ.Sarr (54-cü və 60-cı dəqiqələr) və T.Dini vurublar.

Qeyd edək ki, "Liverpul" bu mövsüm ilk məğlub olur. Klubun keçirdiyi 28 oyundan 26-sı qalibiyyət, 1-i heç-heçə və 1 məğlubiyyətlə başa çatıb.
Digər oyunlarda qeydə alınan nəticələr:

"Norviç" - 1:0 - "Lester"

"Brayton" - 0:1 - "Kristal Pelas"

"Bornmut" - 2:2 - "Çelsi"

"Vest Hem" - 1:0 - "Saunthempton"

"Nyukasl Yunayted" - 0:0 - "Börnli"
/trend

Xəbər xətti