Hüsnü Mübarək vəfat etdi

16:19 - 25 Fevral 2020 - DÜNYA

Misirin sabiq prezidenti Məhəmməd Hüsnü Mübarək dünyasını dəyişib.

 91 yaşlı keçmiş prezident bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Misirin 4-cü prezidenti olan H.Mübarək 1981-ci ildən 2011-ci ilə kimi ölkəyə rəhbərlik edib. H.Mübarək “ərəb baharı” inqilabı zamanı devrilmiş, daha sonra bir neçə ittihamla ömürlük həbs cəzasına məhkum edilmişdi. 2017-ci ildə Misirin Ali Məhkəməsi keçmiş dövlət başçısına bəraət verib./trend

Xəbər xətti