Fevralın 26-da məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr olunacaq

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq.

Ucnoqta.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, tədris olunacaq dərslərdə şagirdlərə XX əsrin ən böyük faciəsi barədə ətraflı məlumat veriləcək, Vətənə məhəbbət hissləri təbliğ olunacaq.
Tədbirlər Planına uyğun olaraq, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlərin keçirilməsi, sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi nəzərdə tutulub.

Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.

Tarix
24 Fevral 2020 [13:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-24 13:57:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin