Elçin Babayev BDU-da təhsilini davam etdirən MDU tələbələri ilə görüşüb

19:53 - 18 Fevral 2020 - Xəbər

 Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Mingəçevir Dövlət Universitetinin (MDU) BDU-da təhsilini davam etdirən “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alan III kurs tələbələri Aytac Əbilova və Səbinə Rzayeva ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, Elçin Babayev tələbə mübadiləsinin BDU və MDU arasında 2019-cu ilin 30 sentyabr tarixində imzalanmış əməkdaşlıq haqqında protokol əsasında reallaşdığını deyib. Rektor 2019/2020-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetində təhsil alacaq A.Əbilova və S.Rzayevanı “qarşılıqlı münasibətlərin qaranquşları” adlandırıb.
Onların artıq BDU ailəsinin üzvü olduqlarını deyib, buradakı şəraitləri ilə maraqlanıb, yeni açılacaq Tələbə Evi haqqında məlumat verib. Tələbələrə öz tövsiyələrini də verərək onları BDU-nun ictimai-sosial həyatında yaxından iştirak etməyə çağırıb.

Öz növbələrində MDU-nun tələbələri BDU-da onların təhsil almaları üçün yaradılmış hərtərəfli şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, bu mübadilədə iştirak üçün tələbə seçimi zamanı yüksək akademik nailiyyətlər, MDU-nun ictimai həyatında fəal iştirak və digər bu kimi meyarlar əsas götürülüb.

Xəbər xətti