FIFA maaş ala bilməyən futbolçular üçün fond yaradacaq

15:52 - 11 Fevral 2020 - İDMAN

FIFA və Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) keçmişdə və hazırda öz klublarından maaş ala bilməyən futbolçular üçün fond yaradacaq./

"Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, FIFA fond üçün 16 milyon dollar vəsait ayırıb. Bu məbləğ 2022-ci ilə qədər fondun büdcəsinə köçürüləcək.

Bundan başqa, qurum oyunçulara 2015-ci ilin iyul ayından 2020-ci ilin iyun ayına qədər məvaciblərini qorumaq məqsədi ilə əlavə 5 milyon avro ayıracaq.

Qiymətləndirmə və qrant ayrılmasına nəzarət üçün FİFA və FİFPro nümayəndələrindən ibarət xüsusi komitə fəaliyyət göstərəcək. 

 

Xəbər xətti