Güclü külək Göyçay və Şamaxıda fəsadlar törədib

19:02 - 4 Fevral 2020 - ÖLKƏ İÇİ

Şamaxıda əsən güclü külək evlərin damını uçurub.  

Bu gün rayon ərazisində şiddətli külək beşmərtəbəli yaşayış binalarının və fərdi evlərin dam örtüyünü uçuraraq yararsız hala salıb. Güclü külək nəticəsində elektrik naqilləri qırılıb, şəhərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Güclü külək Göyçayda da fəsadlar törədib. Şəhərdə və kəndlərdə ağacların budaqları qırılaraq elektrik naqillərinin üzərinə düşüb. Nəticədə rayonun bəzi yerlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda külək davam edir./Apa

Xəbər xətti